Advertisment

Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan AZƏRBAYCAN

1991-ci ildə müstəqilliyə qovuşan Azərbaycan ötən illər ərzində malik olduğu maddi və mənəvi dəyərlərilə dünya mədəniyyətinə, bəşəri ideallara böyük töhfələr verib. Məhz polietnik və çoxkonfessiyalı dövlət kimi dünyaya multikulturalizm və tolerantlıq nümunəsi təqdim edən Azərbaycanın beynəlxalq arenaya güclü aktor kimi çıxmasına qədim dövlətçilik tarixi, milli adət-ənənələri və mədəniyyəti təsir edib və bu gün də davam etməkdədir.

Ulu öndər Heydər Əliyev adət-ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək dəyərləndirərək demişdir: “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”.

Müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişi bu istiqamətdə mühüm irəliləyişlərin əldə olunmasında böyük rol oynadı. Belə ki, ümummilli lider müstəqil dövlətin əsas dayaqlarını möhkəmləndirdi, inkişaf etdirdi, həmçinin dövlətçilik tariximizin müasir mərhələsinin təmin edilməsində mühüm addımlar atdı. Azərbaycan mədəniyyətinin, mənəvi dəyərlərimizin, adət-ənənələrimizin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər görülməsinə mühüm göstərişlər verdi. Bu yöndə hər bir azərbaycanlının qarşısında mühüm vəzifə dayandığını xüsusi vurğulayaraq deyirdi: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Azərbaycan xalqı əsrlər boyu milli-mənəvi dəyərlərinə söykənərək zaman-zaman tarixin ən ağır sınaqlarından çıxmağı bacarıb. Məhz öz dəyərlərinə hörmətlə yanaşan xalqımız dövlətçilik ənənələrimizin qorunub saxlanmasına da nail ola bilib. Və ən möhtəşəm dövrünü yaşayan Azərbaycan dövləti  mənəvi dəyərləri üzərində var olub. Onu da qeyd etmək mütləqdir ki, zamanla tarix sübut edib ki, yüksək mədəniyyətə sahib xalq müasir dövrün yeni tələblərinə uyğun hərəkət edərək tərəqqi yolunda inamla addımlamağa qadirdir. Bu səbəbdəndir ki, mədəniyyətin inkişafı, onun layiqincə təbliğ olunması, həmçinin qorunub saxlanması və gələcək nəsillərin bütün olanlardan xəbərdar olması mühüm şərtlərdəndir.

Adət-ənənələrin yaradıcısı da, bu adət-ənənələri zənginləşdirən də, qoruyaraq gələcək nəsillərə çatdıran da, təbliğ edən də xalqdır, onun layiqli, tanınmış, məşhur nümayəndələridir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsi göz önündədir.

Bu gün də mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər görülür. Ulu Öndərin irsindən bəhrələnərək Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu istiqamətdə apardıqları siyasət təqdirəlayiqdir.

Dünyaya inteqrasiya olunduğumuz bir zamanda ölkəmiz öz milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti ilə heyrətləndirməyi bacarıb. Bu, əlbəttə ölkəmizin bu istiqamətdə zənginliyinin göstəricisidir. Təbii ki, heyrətamiz dəyərlərimizin əsasında bir çox faktorlar dayanır. Bunlar da tarixi köklərimizi, mədəniyyətimizi özündə əks etdirən faktorlardır.

Dövlət başçısının imzaladığı sərəncamlar və bunun əsasında görülən tədbirlər deyilənləri bir daha təsdiqləyir. Mənəvi dyərlərimizin, mədəniyətimizin, adət-ənənələrimizin təbliği istiqamətində görülən tədbirlər sırasında cənab Prezidentin Sərəncamı ilə Bakıda yaradılan Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzeyi, həmçinin regionlarda yeni muzey və digər mədəniyyət mərkəzlərinin yaradılması təqdirəlayiq addımlardır. Milli-mənəvi dəyərlərimizin inkişafında öz töhfələrini verən Azərbaycanın görkəmli ziyalılarının yubiley mərasimlərinin keçirilməsi, onlara yüksək dəyər verilərək fəxri ad və mükafatlarla təltif edilmələri deyilənlərin bariz nümunəsidir.

Dövlət başçısının tapşırığı ilə, mənəvi dəyərlərimizin təbliği istiqamətində tədbirlər daim davam etməkdədir. Bunların sırasında Gəncə şəhərinin “Azərbaycanın əfsanələr paytaxtı”, Şəki şəhərinin “Azərbaycanın sənətkarlıq paytaxtı” və Qazax şəhərinin “Azərbaycanın folklor paytaxtı” elan edilməsini nümunə kimi göstərmək olar. Eyni zamanda bu şəhərlərdə respublika və beynəlxalq səviyyəli elmi-praktik konfransların, festivalların və digər tədbirlərin təşkili də vacib məqamlardandır. Həmçinin Azərbaycanın mənəvi inciləri sayılan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası və İçərişəhər Dövlət Tarix-Memarlıq Kompleksi YUNESKO-nun “Dünya mədəni irs” siyahısında olması, eyni zamanda Aşıq sənəti, Azərbaycan xalçası, Novruz bayramı və tar ifaçılıq sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması da mənəvi dəyərlərimizin təbliğində önəmli rol oynayır. Bundan başqa Azərbaycanın çövkən oyununun YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması da ölkəmizə məxsus olan qeyri-maddi irsinin növbəti uğurlarındandır.

Ulu öndər Heydər Əliyevin irsindən bəhrələnərək azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələr təqdirəlayiqdir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması Mehriban xanım Əliyevanın fəaliyyətində əsas yerlərdən birini tutur. Milli-mənəvi dəyərlərimizi özündə yaşadan Azərbaycan Kəlağayısı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edilməsi Azərbaycanın birinci vitse Prezidenti Mehriban Əliyevanın mənəvi dəyərlərimizin təbliği istiqamətində həyata keçirdiyi layihələrin məntiqi nəticəsi idi.

Heydər Əliyev Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamının, Novruz bayramının, aşıq sənətinin, xalçaçılığın, tar ifaçılıq sənətinin və digərlərinin YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilməsi Azərbaycanın adət-ənənələrinin, dövlətçilik tarixinin təbliği olaraq yüksək qiymətləndirilir. Hər bir azərbaycanlı Mehriban xanım Əliyevanın ali dəyərlərin təbliği istiqamətdində fəaliyyətini görür və dəyərləndirir.

Bəli, mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən dəyərlərimiz sayəsində biz var olmuşuq və bu gün də varıq. Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbycan xalqı yaşatdığı və təbliğ etdiyi bəçəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində bundan sonra da özünəməxsusluğu ilə seçiləcək.

Elnurə İSAXAN

Azərbaycanın dövlətçilik tarixinin,

milli adət-ənənələrinin,

elm və mədəniyyətinin təbliği