Advertisment

Əməkdar artist xəstəxanalıq oldu - FOTO

Əməkdar artist Firuzə İbadova haqqında yazılan tənqidi şərhlərə reaksiya verib. 

Herbiand.az axşam.az-a istinadən bildirir ki, müğənni qızına ünvanladığı sevgi sözlərinin yanlış anlaşıldığını bildirib. "Elgizlə izlə" proqramına zəng edən ifaçı yazılan şərhlərin onu xəstəxanalıq etdiyini deyib:

"Gözləməmişəm kimsə mənə pul uzatsın, acgözlüklə onu alım. Mən uşaqlarım üçün yaşayıram. Bir qızım və bir nəvəm var. Bütün günü xəstəxanada qaldım. Utanırdım, sakitləşə bilmirdim".

Qeyd edək ki, ifaçı verilişdə qızına sevgi dolu sözlər deyib. Bu isə sosial şəbəkədə tənqid olunub. Belə ki, videoda F.İbadovnın qızının adını çəkməsi kəsilərək, onu əks cinsin nümayəndəsinə ünvanlayırmış kimi təqdim edilib.