Advertisment

"Ermənistan hücuma hazırlaşır" - Hərbi ekspert

Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutub. Aprelin 1-də saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Emin Həsənli kimdir? Rəhim Qazıyeva kimlər dil uzadır? | Facebook

Baş verən olayı şərh edən hərbi ekspert Emin Həsənli bildirib ki ,Ermənistan müxtəlif istiqamətlərdə cəbhəyə ordu yığır və hücuma hazırlaşır. Ermənistan bölgədə sülh istəmir. Ermənistanın mövcudluğu müharibə üzərindədir:

"Ermənistan bir neçə sahədə yenə götürdüyü öhdəlikləri yerinə yetirmir. 2020-ci ilin 44 günlük müharibəsindən sonra düşünürdük ki, Ermənistan öhdəlikləri yerinə yetirəcək .Tam əksinə, Azərbaycan 10 noyabr bəyanatının şərtlərini özü yerinə yetirməyə məcbur oldu. Ermənistan ardınca Zəngəzur dəhlizini açmadı, mina xəritələrini vermədi. İndi də 8 kəndin qaytarılması, nəqliyyat yollarının açılmasını yerinə yetirmir və cəbhədə gərginlik yaradır. Təəssüf ki, müxtəlif istiqamətlərdə cəbhəyə ordu yığır və hücuma hazırlaşır. Ermənistan bölgədə sülh istəmir. Ermənistanın mövcudluğu müharibə üzərindədir. Onlar hələ də Türkiyə və Azərbaycana nifrət edirlər. Ermənistan odla oynayır. Bu dəfə öhdəlikləri yerinə yetirsə, Türkiyə və Azərbaycandan üzr istəsə,konstitusiyasını dəyişib Azərbaycana ərazi iddialarından əl çəksə, Ağrı dağını öz gerbindən çıxarsa, normal münasibət qursa, Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istəsə, Azərbaycana təzminat ödəməyə hazır olduğunu bildirsə, Ermənistan bölgədə yaşaya bilər. Belə davam etsə, biz sonsuza qədər qeyri-müəyyən şəraitdə yaşaya bilmərik. Ermənistan məcbur ediləcək ki, öhdəlikləri yerinə yetirsin".

Herbiand.az