Moskva Rusiyanın ən təmiz bölgəsi kimi tanınıb.
Herbiand.az lenta.ru-ya istinadən bildirir ki, “Yaşıl Patrul” ictimai təşkilatı öz araşdırmasında ekoloji təşəbbüsləri, regionun sosial və sənaye-ekoloji vəziyyətini qiymətləndirərək paytaxtı birinci yerdə qərarlaşdırıb.
İkinci yeri Tambov vilayəti tutub. İlk üçlüyü Murmansk vilayəti qapayıb. Onların ardınca Altay və Kabardin-Balkar gəlir. Bu respublikalar, həmçinin Adıgey ən yüksək ekoloji göstərici nümayiş etdiriblər. Göstərici 80 və ya daha yüksək nəticəyə çatır. Mütəxəssislər istehsalın ətraf mühitə uyğunluğunun oxşar səviyyəsini yalnız paytaxtda qeyd ediblər.
Bir müddət əvvəl ruslar ekoloji cəhətdən həyat üçün ən təhlükəli bölgələrin adlarını çəkmişdilər. Onların arasında Həştərxan, İrkutsk və Kurqan vilayətləri də var idi. Torpağın, havanın və suyun çirklənməsinin ən aşağı səviyyəsini Adıgey və Mari El respublikaları, Penza və Oryol vilayətləri nümayiş etdirib.
Bəxtiyar CƏFƏRLİ