Advertisment

Ağır qəza: Çox sayda yaralı var

Xocavənd rayonunun Cəmiyyət kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Herbiand.az report.az-a istinadən xəbər verir ki, qəzaya uğrayan nəqliyyat vasitəsinin fəhlələri daşıdığı bildirilir.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı "Report"a təsdiqləyib.

O, bildirib ki, faktla bağlı araşdırma aparılır.