Advertisment

Sülh müqaviləsi imzalanacaqmı?

(Müsahibim politoloq, hüquqşünas Emin Nəbiyevdir)

-Emin bəy. Son vaxtlar bu haqda çox yazılır və deyilir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaqmı? Əgər imzalanarsa, delimitasiya və demokrasiya məsələlərində iki ölkə  razılığa gələ biləcəklərmi?

-Düşünürəm ki, Ermənistan və onun havadarlaı sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər. Çünki onların torpaq iddialarından əl çəkmək niyyətləri yoxdur. Hətta sülh müqaviləsi bağlanmış olsa belə, Ermənistan 1918-ci il tarixində indiyə qədər bağlanmış bütün müqavilələrin şərtlərini pozmuşdur,-deyə Emin... mənim əvvəldə yazdığım sualı  belə cavablandırdı. 

-Qeyd edirsiz ki, Ermənistan 1918-ci il müqavilələrini pozmuşdur. Bu hansı müqavilə və müddəalar idi?

-Azərbaycan Xalq Cümhuriyyəti 28 May 1918-ci il tarixdə öz müstəqilliyini elan etdikdən sonra Ermənistan fraksiyası ilə danışıqlar apararaq, daşnaqlar Azərbaycan ərazisində soyqırımın, aramsız qətliamların qarşısını almaq üçün İrəvanı Ermənistana güzəşt etməyi qərara alırlar. Milli Şuranın İrəvandan olan 3 üzvü bu qərara etiraz etsələr də, səs çoxluğu ilə yekun qərar verilir.  “1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır”. Azərbaycan ərazilərində  nisbi sakitliyin bərpası və bərqərar olması üçün hakimiyyətin İrəvanı güzəştə getməyə məcbur olmasına baxmayaraq, çaxnaşmalar, yerli əhliyə qarşı olan amansız rəftar həmin müddət ərzində daha da artdı.1918-1920-ci illər ərzində İrəvan və ətraf  bölgələrdə azərbaycanlılara qarşı kütləvi soyqırım,  qətliyam və deportasiyası başlamışdır.  Azərbaycan Xalq Cumiriyyəti hakimiyyətidə  olduğu müddətdə  artıq anlamışdır ki, 29 may 1918-ci il qərarı İrəvan azərbaycanlılarına qarşı atılmış ən böyük yanlış addım idi.
28 aprel 1920-ci il Azərbaycan Xalq Cumiriyyətinin  süqutundan sonra SSR-in tərkibinə daxil olduqdan sonra, Azərbaycanın torpaq ərazisinin işğal siyasəti genişlənmiş formada vüsət  aldı.1920-ci ildə  Sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız olan Zəngəzur, Göyçə, Şərur-Dərələyəz, Zəngibasar, Vedi, Dilican  da Azərbaycanın tərkibindən  ayıraraq Ermənistana birləşdirildi. Bu illər  ərzində xalqımızın başına nə qədər böyük bəlalar gətirildi. Cənab Prezidentin dediyim kimi bu Azərbaycan xalqına qarşı xəyanət və böyük bir  cinayət idi. Qərbi azərbaycanlıların faciələri bununlada  bitmədi. Həmin ərazilərdə yaşayan azərbaycanlılara kütləvi şəkildə soyqırım və qətliyamlar törədərək xalqda təşviş yaradılmış və bunun  nəticəsində  SSR-in də dəstəyi ilə 1940-ci il, 1949-1953-cü il, 1988-1992-ci illərdə  xalqımız öz dədə-baba torpaqlarından deportasiya məruz qalmışdırlar.  Beynəlxalq qanun və konvesniyalara əsasən hər hansı bir xalqa qarşı soyqırım, qətliam, terror, məskunlaşdıqları ərazilərdən əmlakları müsadirə olunaraq  deportasiya edilmələri yolverilməzdir. 

-Bəs vaxtilə itirilmiş torpaqların taleyi ilə bağlı nə etmək olar?

-Mən bir Qərbi Azərbaycan İcmasının üzvü kimi 1918-1920, 1920-1929-cu illərdə xalqın iradəsi nəzərə alınmadan verilən torpaqlar haqqında yenidən iddia qaldırmaq,  Azərbaycan Respublikasının Konstitusiyasının  96-cı maddə qanunvericilik təşəbbüsü hüququnun dördüncü bəndini müvafiq tutaraq (Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur). Mən də Qərbi Azərbaycandan olan vətəndaşlarımızdan 40.000 nəfərinin  imzasını toplayaraq, bu məsələni Azərbaycan Respublikasının  Parlementinin müzakirəsinə çıxarmaq istəyirəm. Bu məsələ Parlamentində təsdiqini taparsa, bundan sonra beynəlxalq platformada müzakirə olunmalı və Azərbaycanın xeyrinə qərarlaşdırılmalıdır. 

-40.000 səs toplayaraq Azərbaycan Respublikasının  Parlamentində bu məsələ yekdilliklə təsdiq olunarsa, beynəlxalq təşkilat və qurumlar bəs nə dərəcədə bu faktın Azərbaycanın xeyrinə təsdiq olunmasında maraqlı olarlar? 

-Arxiv sənədləri, tutarlı faktlardan ibarət sənədlərlə qeyd olunan məsələni israrla və davamlı olaraq sübut etməliyik. İnanıram ki, sübut eləyə biləcəyik.

-Qeyd etdiyiniz bu məsələ Azərbaycan və Ermənistan dövlətləri arasında bağlanacaq sülh müqaviləsinə mənfi yönümlü təsir etməz?

-Əlbəttə ki, bu məqam Ermənistanın xeyrinə olmayacaq, ancaq bu bənd iki dövlət arasında gələcəkdə bağlanacaq sülh müqaviləsinə mütləq əlavə olunmalıdır. Çünki Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıtmaları Ermənistan üzərinə öhdəlik olaraq qoyulmalı, azərbaycnlılara öz müqəddaratlarını özlərinin müəyyən etməsi hüququ verilməlidir. Yuxarıda qeyd etdiyimiz müddəaları dövlətlə yanaşı  İcma tərəfindən həm dünya ölkələrinə, həm də beynəlxalq təşkilatlar və qurumlara, eləcə də beynəlxalq məhkəmələrə müraciət edərək öz hüquqlarımızı bərpa edə bilərik. Biz siyasi döngələrin xeyrimizə dəyişən zamanı bunları öz leyhimizə icra edə bilərik. Çünki artıq Azərbaycanın haqq səsini eşidən ölklər çoxdur. Onlar da bizim haqq səsimizi müdafiə edəcəklər.

P. S. Mən də Emin bəylə razıyam. Çünki biz, haqq səsimizi uzun illər qaldırmamışıq və deməmişik. Amma indi bunu bizdən zaman tələb  eləyir. İndi zaman da bizim xeyrimizə işləyir. Bundan lazım olan kimi istifadə eləyib, Qərbi Azərbaycandan zaman-zaman  köçən bir milyondan çox həmvətənlərimizi geriyə, öz ata-baba torpaqlarına qaytarmalıyıq.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi