Türkiyə Ermənistanla münasibətləri tez bir zamanda normallaşdırmalıdır.
Herbiand.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu deyib.
O bildirib ki, Ermənistanla münasibətlərin normallaşmasına dair protokolları XİN rəhbəri olduğu dönəmdə, 2009-cu ilin oktyabrında imzalayıb.
Keçmiş baş nazir vurğulayıb ki, iki ölkə arasında sərhəd açılmalı, səfirliklər fəaliyyətə başlamalıdır.
2009-cu ildə Sürixdə Ermənistanla münasibətlərin normallaşdırılmasına dair protokolları imzalayan Davudoğlu qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin alovu Qafqaza sıçramamalıdır.