Advertisment

Paşinyanın KTM-nin “bostanına atdığı daş”

22 mayda parlament müzakirələri zamanı Ermənistanın baş naziri Nikol Paşinyan KTMT üzvlərinin ünvanına ittiham səsləndirib.

Herbiand.az erməni mediasına istinadən xəbər verir ki, baş naziri parlamentin tribunasından bildirib ki, 44 günlük müharibə zamanı ən azı 2 KTMT üzvü Azərbaycanı dəstəkləyib.

Paşinyanın bu sözləri erməni cəmiyyətində müzakirələr səbəb olub. Media nümayyəndələri məsələyə aydın gətirilməsini istəyiblər.

Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Dağlıq Qarabağda 44 günlük müharibədə Azərbaycanı dəstəklədiklərini deyən Nikol Paşinyan KTMT-nin hansı ölkələrini nəzərdə tutduğunu açıqlamaqdan imtina edib.

Herbiand.az