Advertisment

Azərbaycan Prezidenti dünyaya sülhün necə əldə olunmasının bir modelini təqdim etdi – Millət vəkili

Qazaxın 4 kəndinin bizim nəzarətimizə keçməsi Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Bu cənab Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasətinin məntiqi nəticəsidir. Biz bu günü tarixi Zəfərimizin davamı olaraq əlamətdar gün kimi hər zaman qeyd edəcəyik.

Bu fikirləri Herbiand.az-a millət vəkili Naqif Həmzəyev söyləyib. Millət vəkilinin sözlərinə görə, tezliklə Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi bu ərazilərdə də həyatın yenidən bərpa olunmasının şahidi olacağıq:

“Sevindirici haldır ki, Qazaxın 4 kəndi tam olaraq Azərbaycan tərəfinə təhvil verildi. Azərbaycan sərhədçiləri bu gündən başlayaraq, öz xidmətlərini müəyyənləşdirilmiş sərhədlər əsasında aparacaqlar. Tezliklə bu kəndlərin də baş planı hazırlanacaqdır. Burda təftiş işləri həyata keçiriləcək, nəzarət işləri qaydaya salınacaq. Mümkün təhlükələr aradan qaldırılacaqdır”.

Millət vəkili Azərbaycan Prezidentinin bu prosesi reallaşdırmaqla dünyaya sülhün necə əldə olunmasının bir modelini təqdim etdiyini vurğuladı:

“Bundan sonrakı proseslərdə də biz sərhədlərin delimitasiya və demarkasiyası mərhələsinin uğurlu nəticələrini görəcəyik. Digər 4 kəndimizin qaytarılması istiqamətində də komissiyalar öz işlərini mərhələli şəkildə reallaşdıracaqlar. İnanıram ki, mövcud mübahisələr də qarşılıqlı şəkildə aradan qaldırılacaq. Tezliklə biz Azərbaycanla Ermənistan arasında həm delimitasiya və demarkasiya prosesinin yekinlaşmasına, həmçinin Zəngəzur dəhlizinin açılmasına, Zəngilandan Naxçıvana gedən quru yolunun iş düşməsinə şahidlik edə biləcəyik. Və ən nəhayət Azərbaycanla Ermənistan arasında sülh prosesinin imzalanması prosesi də reallaşacaq”.

Millət vəkili bu münasibətlə Ali Baş Komandan İlham Əliyevi və xalqımızı təbrik etdi. Sərhədçilərimizə fəaliyyətlərində uğurlar arzuladı.

Elnurə İSAXAN