Advertisment

Mehdi Mehdiyev: " Dörd kəndin sərhədçilərimizin nəzarətinə keçməsi o deməkdir ki, ..."

Razılaşmaya əsasən, Qazağın azad olunan 4 kəndi Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin qaytarılması təmin edilib. Həmin kəndlər bu gündən etibarən artıq sərhədçilərimizin nəzarətindədir.

Bundan sonrakı proseslər necə davam edəcək?

Mövzu ilə bağlı sualımızı cavablayan “Azərbaycan  Qarabağ  Müharibəsi Əlilləri, Veteranları  və Şəhid Ailələri” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev bildirdi ki, bu qaytarılma delimitasiya komissiyalarının protokolunda öz əksini tapıb:

 “Artıq Qazaxın dörd kəndi Azərbaycana tam qaytarılıb və bu delimitasiya üzrə komissiyaların ikitərəfli komissiyalarının protokolunda əksini tapıb. Hər iki tərəf imzalayıb. Bu o deməkdir ki, hazırkı sərhəd hər iki tərəfdən rəsmi tanınmış dövlət sərhədidir. Hazırda 12,7 km artıq protokolda öz əksini tapıb. Həmin yerlərdə sərhəd sütunları basdırılıb və tikanlı məftillər çəkilib. Hazırda da artıq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzarətinə verilib. Bu o deməkdir ki, hər iki dövlət bir birinin rəsmi olaraq dövlət sərhədlərini bu hissədə tanıyır və beynəlxalq aləmdə də sabah hər hansı bir tərəf o sərhəddi pozarsa, artıq beynəlxalq qanunvericiliklə ona cavab verməli olacaq və reaksiyada beynəlxalq səviyyəsində olacaq..

 Mehdi Mehdiyev bu prosesi uğurlu proses adlandırdı.Bu çox uğurlu bir addımdır. Bu proses davam etməlidir və bu istiqamətdə işlər davam edir:

 “Prosesin gedişatında Ermənistanla Azərbaycan arasında sərhəd məsələsində mübahisəli hissələr aradan götürüləcək. Delimitasiya və demarkasiya işlərinin məqsədi də elə ondan ibarətdir ki, sərhədlər konkret olaraq nöqtəsinə qədər, geolokasiyalar dəqiq nöqtəsi ilə təyin olunsun. SSRİ dövründə sərhədlər şərti sayılırdı. Heç bir dəqiq qeydiyyat aparılmır, dirəklər basdırılmırdı və şərti hesab olunurdu. İstənilən vaxt “sərhəd”i keçmək mümkün idi. Moskvanın qərarı ilə Azərbaycandan soruşulmadan torpaqları tədricən müvəqqəti adı ilə müxtəlif vaxtlarda Ermənistana verilirdi. Bu gün dövlət sərhədi rəsmən tanınandan sonra artıq bu dövlətin sərhədlərinin təhlükəsizliyi baxımından çox önəmli bir məsələdir. İnanıram ki, uğurla bu iş davam olunacaq”.

Emin ŞİRVANZADƏ