Advertisment

Gürcüstan Rusiyanın qorxulu yuxusuna çevrilib – Politoloq

Gürcüstanda baş verən proseslər Rusiyanın maraqlarına təhdiddir. Ermənistandakı hazırkı hakimiyyət Qərb sistemini Qafqaza gətirmək istəyir və Fransanın porpostu rolunu oynayır.

Bu fikirləri Herbiand.az-a politoloq Sultan Zahidov Belarus prezidenti Aleksandr Lukaşenkonun Qafqazda təhlükəsizliklə bağlı səsləndirdiyi açıqlamalara münasibət bildirərkən söyləyib:

“Son zamanlar Gürcüstanda baş verən prosesləri, eyni zamanda Ermənistanın hazırki siyasətini bir növ nizamlamaq üçün Lukaşenkonun müəyyən təklifləri ola bilər. Amma düşünmürəm ki, bu təkliflər fundamental bir çıxış rolunu oynasın. Lukaşenkonun bu açıqlaması daha çox auditoriyaya yönəlib. Rusiya çox güman ki, Ukrayna müharibəsindən dolayı tam olaraq Qafqaza fokslana bilmir. O da sözsüz ki, Qafqazdakı vəziyyətin Rusiya üçün qeyri-müəyyən təhdid doğuran qalmasına şərait yaradır”.

Politoloq son aylar Gürcüstanda baş verən proseslərə diqqət çəkərək bunun Rusiyanın qorxulu yuxusuna çevrildiyini dedi:

“Gürcüstanda son iki ayda baş verən proseslərə nəzər salsaq, bunun Rusiya üçün  Gürcustanda növbəti məxməri çevrilişin baş verə biləcək qorxusunu yaratdığını düşünürəm. Çünki Ukraynada tam qələbə qazanmamışkən Cənubi Qafqazda Ermənistandan əlavə Avropa yönümlü, NATO yönümlü ikinci bir dövlətin yaranması da Rusiya üçün böyük problemlər yarada bilər”

Politoloq hesab edir ki, Qafqazda təhlükəsizlik deyərkən əsas foks nöqtəsi Gürcüstandır:

“Rusiya və onun ən yaxın müttəfiqi Belarusiya çalışacaqlar ki, Gürcüstanda çevriliş baş verməsin. Qərbyönümlü fiqurlar hakimiyyətə gəlməsin”.

Elnurə İSAXAN