Advertisment

Almaniya 3-cü “Patriot” kompleksi Ukraynaya göndərib

Amerika istehsalı olan “Patriot” zenit-raket kompleksinin 3-cü partiyası Almaniyadan Ukraynaya verilib.

Herbiand.az xəbər verir ki, bu barədə Almaniyanın Kiyevdəki səfiri Martin Yaqer X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Almaniyadan üçüncü “Patriot” zenit kompleksi artıq Ukraynaya gəlib”, - deyə diplomat yazıb.

Səfir qeyd edib ki, kompleksin ekipajı artıq Almaniyada lazımi təlim keçib.

Bəxtiyar CƏFƏRLİ