Advertisment

İranla münasibətlərdə yeni mərhələ başlaya bilər – BİZİM ŞƏRH

İranda keçirilən növbədənkənar prezident seçkisinin ikinci turunda islahatçılar düşərgəsinin nümayəndəsi, əslən azərbaycanlı olduğu deyilən Məsud Pezeşkian islam inqilabından sonra ölkənin doqquzuncu prezidenti olub.

İndi azərbaycanda əsas sual təbii ki, əslən azərbaycanlı olduğu bildirilən Məsud Pezeşkianın Azərbaycanla bvağlı siyasi kursa necə təsir edəcəyidir.

Xatırladaq ki, helikopter qəzasında dünyasını dəyişən mərhum prezident İbrahim Rəisinin son görüşü məhz Azərbaycan Prezidenti İlham Əliyevlə olmuşdu.

Məlum görüşdən sonra İlham Əliyev bildirmişdi ki, müxtəlif istiqamətlər üzrə müəyyən razılaşmalar əldə olunub. Rəsmi imzalanan sənədlərdənb başqa iki prezident arasında qiyabi razılaşmalar da olduğu bidirlirdi.

Ehtimal etmək olar ki, əslən azərbaycanlı olduğu deyilən Məsud Pezeşkian bu razışalmaların həyata keçirilməsi üçün müəyyən addımlar atacaq. Sözsüz ki, əldə olunan razılaşmalartın həyata keçirilməsinə İranın Ali dini liderinin xeyir duası lazım olacaq. Amma prezidentində bu istəkdə olması müəyyən münbit mühit yaradan  amil kimi dəyərləndirilə bilər.

Onun əslən azərbaycanlı və islahatlar tərəfdarı olması, eyni zamanda xarici siyasətdə müəyyən korrektələr etmək istəyi Azərbaycanla münasibətlərin qarşılıqlı hörmət diplomatiyası çərçivəsində qurulacağına ümid etməyə əsas verir.

Herbiand.az