Advertisment

“Malva” haubitsalarının yeni partiyası rus qoşunlarına göndərilib

“Rostex” Rusiya silahlı qüvvələrinə 2S43 “Malva” özüyeriyən 152 mm-lik artilleriya silahlarının növbəti partiyasını göndərib.

Herbiand.az xəbər verir ki, “Rostex”-də adi silahlar, döyüş sursatı və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekhan Ozdoyevin qeyd etdiyi kimi, “Malva”nın mühüm üstünlüklərindən biri təkmilləşdirilmiş manevr qabiliyyəti, yerləşdirmə və mövqeyə çökmə sürətidir.

“Malva”nın ilk görüntüləri 2019-cu ildə ortaya çıxıb. Silahın 30 mərmi sursat yükü ilə çəkisi 32 tondur. Tam ötürücülü və güclü dizel mühərriki sayəsində yanacaq doldurmadan ümumi yollarda 1000 km sürməyə qadirdir və yolsuzluq şəraitinin öhdəsindən yaxşı gəlir. İL-76 təyyarəsində daşına bilər.

Bəxtiyar CƏFƏRLİ