Advertisment

“Freedom” sinfindən olan 14-cü gəmi Amerika HDQ-nə təhvil verilib

Viskonsin ştatının Marinette şəhərindəki “Fincantieri Marinette Marine” gəmiqayırma zavodunda “Freedom” sinfinə aid LCS-27 “Nantucket” sahil gəmisinin ABŞ Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimi keçirilib.

Herbiand.az xəbər verir ki, gəminin qəbul sınaqları 2023-cü ilin dekabrında baş tutub.

Gəminin 2024-cü ilin sonunda ABŞ donanmasına rəsmi olaraq qoşulacağı gözlənilir.

“Freedom” sinifli gəmilərin gövdəsinin uzunluğu 115,3 metr, eni 17,5 metrdir. Silahlanmaya 57 mm-lik Mk.110 artilleriya qurğusu, RIM-116 zenit raketləri, 324 mm-lik torpedalar, həmçinin 30 mm-lik toplar və 12,7 mm-lik pulemyotlar daxildir. Bundan əlavə, göyərtədə iki MH-60R/S “Seahawk” helikopteri və MQ-8 “Fire Scout” helikopter tipli pilotsuz uçuş aparatı yerləşdirilə bilər.

Bəxtiyar CƏFƏRLİ