Kadr çatışmazlığı səbəbindən Rusiyadakı müəssisələr məktəbliləri “işə götürməyə” başlayıb.
Herbiand.az bildirir ki, “Vedomosti” qəzeti şirkətlərin məktəblilərdən kadr hazırlamaq cəhdlərindən xəbər verir.
Şirkətlər qeyd edirlər ki, işçi çatışmazlığı səbəbindən kadrlar birinci sinifdən hazırlanmalıdır. Bir çox biznes nümayəndələri artıq məktəblilər və tələbələrlə işləmək üçün milyonlarla rubl xərcləyiblər. Eyni zamanda, çoxmilyonluq xərclər geri qaytarılmır və kadr axını hələ də azdır.
İlk dəfə kadrların uşaq yaşlarından hazırlanması barədə 8-10 il əvvəl düşünülüb. İqtisadiyyatın həddindən artıq istiləşməsi və işçi çatışmazlığı şəraitində şirkətlər uşaqların tapılmasına və öyrədilməsinə maraqlarını artırıblar. Beləliklə, 2024-cü ilə qədər demək olar ki, bütün iri şirkətlər məktəblərdə ixtisaslaşdırılmış siniflər, universitetlərdə xüsusi şöbələr, staj və təcrübə sistemi əldə edəcəklər.
AKRA reytinq agentliyinin məlumatına görə, Rusiyanın daxili əmək ehtiyatları 7 milyon nəfər olaraq qiymətləndirilir. Bunun da 1,5 milyonu təcrübə çatışmazlığı səbəbindən işə götürülməyən gənclərdir. Bu səbəbdən onlar öz sahələrindən kənarda - ticarət, pərakəndə satış, müştəri xidməti və nəqliyyatda işləyirlər.
Bəxtiyar CƏFƏRLİ