Advertisment

İtaliya HDQ üçün yeni nəsil freqatlar sifariş edilib

Fincantieri (51%) və Leonardoya (49%) məxsus birgə müəssisə olan Orizzonte Sistemi Navali, İtaliya Hərbi Dəniz Qüvvələrini FREMM EVOLUTION sinifli əlavə iki freqatla təchiz etmək üçün 1,5 milyard avroluq müqavilə imzalayıb.

Herbiand.az xəbər verir ki, müqavilə Silahların Təchizatı üzrə Avropa Ofisi (OCCAR, Organization Conjointe de Coopération en matière d'Armement) ilə bağlanıb.

Birinci freqat 2029-cu ildə, ikincisi isə 2030-cu ildə təhvil verilməlidir.

OSN qarşıdakı həftələrdə Fincantieri və Leonardo ilə müvafiq olaraq təxminən 690 milyon avro və 415 milyon avro dəyərində subpodrat müqavilələrini yekunlaşdıracaq.

FREMM sinifli freqatın əsas silahı 16 ədəd “Aster-15” və “Aster-30” zenit-raket kompleksləri, həmçinin “Tesio” gəmi əleyhinə raketləri üçün şaquli buraxılış sistemidir. Bundan əlavə, göyərtədə bir 127 mm və iki 76 mm silah dayağı yerləşir. Sualtı qayıqlardan qorunmaq üçün 324 mm-lik MU-90 torpedalarından istifadə olunur.

Bəxtiyar CƏFƏRLİ