İki gün əvvəl İranda öldürülən HƏMAS lideri İsmayıl Haniyə dəfn olunub.
HƏMAS Siyasi Bürosunun rəhbəri Dohanın şimalındakı Lusail şəhərindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb.