Advertisment

Rusiyada “Blokpost-T”-nin modernləşdirilməsinə icazə verildi

Rusiyada Pilotsuz uçuş aparatlarına (PUA) qarşı durmaq üçün “Blokpost-T” termal görüntüləmə sisteminin modernləşdirilməsinə icazə verilib.

Herbiand.az bildirir ki, TASS agentliyi bu barədə “Astron” optik-mexaniki konstruktor bürosunun baş konstruktoru Vitali Serova istinadən xəbər verir.

Baş konstruktorun sözlərinə görə, modul dizaynı sayəsində kompleksin modernləşdirilməsi demək olar ki, sonsuz həyata keçirilə bilər: “Sadə dillə desək, biz taktiki tapşırıqlardan asılı olaraq aşkarlama diapazonunu, radio rabitə imkanlarını və kompleksin özünün funksionallığını geniş şəkildə dəyişə bilərik”.

O qeyd edib ki, hazırda konstruktor bürosunun mütəxəssisləri kompleks əsasında tam hüquqlu kəşfiyyat və hədəf təyinat məntəqəsinin yaradılması üzərində işləyirlər: ““Blokpost-T” bazasında dronlara qarşı mübarizə kompleksinin yaradılması imkanları da nəzərdən keçirilir”.

Bəxtiyar CƏFƏRLİ