Bu gün Türkiyənin daha bir hərbçisi İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində şəhid olub.
Herbiand.ax xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbçi Habib Murat Alpın tapşırığı icra edərkən atəşə tuş gəldiyi bildirilir.
Ölkənin milli müdafiə naziri Yaşar Güler, daxili işlər naziri Ali Yerlikaya şəhid hərbçinin ailəsinə və yaxınlarına başsağlığı veriblər.