Advertisment

Yanvar-iyul aylarında məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 2 faiz artıb

Bu ilin yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 64,6 milyon manat və ya 2 faiz artım qeydə alınıb.

Bu barədə Herbiand.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 79,3 milyon manat və ya 7,5 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 220,1 milyon manat və ya 11,4 faiz artımla olub.