Advertisment

Pakistanda silahlılar komissarın müavinini öldürüblər

Silahlı yaraqlılar bazar ertəsi Pakistanın cənub-qərbində yüksək rütbəli dövlət məmurunu daşıyan avtomobili pusquya salıblar. Nəticədə məmur öldürülüb, iki nəfər isə yaralanıb.

Herbiand.az bu barədə Associated Press-ə istinadən xəbər verir.

Yerli polis rəəsmisi Hadahayta Banqulzai bildirib ki, Bəlucistanın Mastunq rayonunda komissar müavini Zakir Bəluca qarşı törədilən hücumun məsuliyyətini hələ heç kim üzərinə götürməyib.

Daxili işlər naziri Mohsin Nakvi və Bəlucistanın rəhbəri Sarfraz Buqti hücumu pisləyərək səlahiyyətlilərə hücumun arxasında olanları tapmağı və həbs etməyi əmr ediblər.

Bəxtiyar CƏFƏRLİ