Advertisment

Naməlum şəxs Trampın seçki qərargahına soxulub - FOTO

Donald Trampın seçki qərargahında oğurluq olub.

Herbiand.az ABC News-a istinadən xəbər verir ki, bu barədə Loudoun dairəsi şerifinin ofisindən bildirilib.

Məlumata görə, səlahiyyətlilər Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın 2024-cü il prezident seçkiləri kampaniyası üçün Virciniya ştatının Eşbern şəhərindəki qərargahında oğurluqla bağlı şəxsi axtarırlar.

Yerli şerifin ofisindən bildirilib ki, onlar təxminən şərqi saatla 21:00 radələrində oğurluq barədə xəbərdarlıq alıblar. Lakin polis hadisə yerinə gələnə qədər şübhəli yoxa çıxıb.

Müşahidə kamerası şübhəlinin yetkin bir kişi olduğunu, tünd rəngli paltar, tünd papaq və bel çantası daşıdığını göstərir.

Bəxtiyar CƏFƏRLİ