Advertisment

Rusiya dronlar üçün raket hazırlayıb: yüngül zirehli texnikaları məhv etmək üçün

Tula Alət Dizayn Bürosu yüngül zirehli maşınları məhv etmək üçün nəzərdə tutulmuş pilotsuz təyyarələr üçün “X-PUA” raketini hazırlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə TASS agentliyinə “Army-2024” forumunda müəssisənin nümayəndəsi məlumat verib.

“Raket pilotsuz təyyarələrdə istifadə olunur. Uçuş məsafəsi 4 ilə 8 km arasındadır. Döyüş başlığı 6 kq ağırlığındadır və qəlpə-fuqas növündəndir. O, yüngül zirehli texnikaları, səngərləri və istehkamları məhv etmək üçün istifadə olunur”, - müəssisənin nümayəndəsi deyib.

Bəxtiyar CƏFƏRLİ