Fransanın silah ixracı 2022-ci illə müqayisədə 2023-cü ildə 3,5 dəfə azalıb.
Herbiand.az bildirir ki, TASS agentliyi bu barədə Fransa hərbi idarəsinin Senata təqdim etdiyi hesabata istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, ötən il silah ixracının həcmi 8,2 milyard avro təşkil edib. İki il əvvəl isə bu rəqəm 27 milyard avroya çatıb.
Rəqəmlərin 2022-ci ildə 27 milyard avro olması Birləşmiş Ərəb Əmirliklərinə dəyəri 16 milyard avrodan çox olan 80 ədəd “Rafale” qırıcı təyyarələrinin tədarükünə dair böyük müqavilə ilə bağlıdır.
2023-cü ildə Fransa müdafiə şirkətləri İndoneziyaya dəyəri 2,6 milyard avro olan 18 qırıcı təyyarə, həmçinin Anqola, Yunanıstan və Litva üçün özüyeriyən haubitsalar, pilotsuz uçuş aparatları və korvetlər üçün bir neçə kiçik müqavilə bağlaya biliblər.
Bəxtiyar CƏFƏRLİ