Ermənistanın Baş naziri Nikol Paşinyan Kazanda keçiriləcək BRICS sammitində ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sargis Xandanyan da təsdiq edib.
Xatırladaq ki, BRICS sammiti oktyabrın 22-24-də baş tutacaq.