Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanğıcında iştirak etmək üçün bazar ertəsi Ermənistana səfər edəcək.
Herbiand.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının dərc etdiyi bəyanatda deyilir.
Qeyd olunur ki, bunun üçün Ermənistan sərhəd təhlükəsizliyi, miqrasiya, fundamental hüquq və azadlıqlara hörmət kimi əsas sahələrdə islahatlar həyata keçirməlidir.
Xatırladaq ki, iyulda Aİ xarici işlər nazirləri Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq barədə razılığa gəliblər.