Advertisment

Bayden Ukraynaya yeni yardım paketini elan edəcək

ABŞ prezidenti Co Bayden bu gün Ukraynaya yeni hərbi yardım paketini açıqlayacağını bəyan edəcək. Söhbət 250 milyon dollarlıq silahlardan gedir.

Herbiand.az xəbər verir ki, bunu Ramşteyn görüşündən əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

“Bu gün prezident Baydenin Ukraynaya əlavə 250 milyon dollarlıq yardım paketi elan edəcəyini məmnuniyyətlə elan edirəm. Bu, Ukraynanın artan ehtiyaclarını ödəmək imkanlarını artıracaq”, - Ostin bildirib.

Xatırladaq ki, bu gün “Ramstein” formatında yeni görüş keçirilir. Bu, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 24-cü iclasıdır.