Advertisment

“Kənd Turizminin İnkişafına Dəstək ” layihəsi çərçivəsində Bakı şəhərində sonuncu görüş keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin “Kənd Turizminin İnkişafına Dəstək” layihəsi çərçivəsində 6 sentyabr  2024-cü ildə Bakı şəhəri Binəqədi Gənclər Evində sonuncu maarifləndirici görüş keçirildi.
Görüşdə layihənin işçi qrupunun üzvləri, QHT və media nümayəndələri və gənclər  iştirak edirdi.
Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin sədr müavini Sənan Əlibəyov tədbir iştirakçılarını salamladıqdan sonra sözü, layihənin eksperti Taleh Əliyevə verdi. Taleh Əliyev layihə haqqında məlumat verərək bildirdi ki, layihə çərçivəsində Xaçmaz rayonunun Nabran kəndində, Quba rayonunun Qəçrəş kəndində, Qusar rayonunun Urva kəndində və Xızı rayonunun Altıağac kəndində kənd turizmi ilə məşğul olan sakinlərin , kənd icra nümayyəndələrinin və bələdiyyələrin iştirakı ilə 4 görüşümüz keçrilib. Həmin görüşlərdə inkişaf etmiş ölkələrdə daha çox təşəkkül tapmış kənd turizminin öyrənilməsi və ölkəmizdə tətbiqi təşviq edildi. Kənd turizminin inkişaf potensialı olan bu regonlarda tədbirlər təşkil etməkdə məqsədimiz turizmin bu sahəsinin ölkəmizdə daha geniş təşəkkül tapmasına Azərbaycan vətəndaş cəmiyyətinin də töhfəsini verməkdir.
Daha sonra çıxış edən QHT nümayəndələri layihənin çox aktual bir mövzuya həsr edildiyini bildirərək tədbirin təşkilatçılarına və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdilər.
Tədbirin sonunda Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin sədr müavini Sənan Əlibəyov bildirdi ki, ölkəmizdə iqtisadiyyatın digər sahələrində olduğu kimi turizm sektoruda inkişaf edir. Bu gün turizm sektoru müxtəlif istiqamətlər üzrə ekoturizm, kənd turizmi və s. üzrə inkişaf edir. Layihənin məqsədi də kənd turizmi ilə bağlı maarifləndirmə tədbirlərini təşkil etməkdir. Qeyd etdi ki, bu günkü tədbir də belə maarifləndirici görüşlərə böyük ehtiyac olduğunu bir daha göstərdi.