Sentyabrın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası birgə komissiyanın fəaliyyət reqlamentini nəzərdən keçirəcək.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistanın Konstitusiya Məhkəməsinin bununla bağlı yaydığı məlumata görə, məhkəmə kollegiyası tərəflər arasında avqustun 30-da imzalanan sənədin konstitusiyaya uyğunluğunu yoxlayacaq.
Məhkəmə kollegiyası rəy verdikdən sonra sənəd Ermənistan hökumətinin müzakirəsinə təqdim olunacaq.