Advertisment

Harris: Tramp ticarət müharibələrinin başlamasına töhfə verib

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris hesab edir ki, onun qarşıdan gələn seçkilərdəki rəqibi, Respublikaçılar Partiyasının namizədi Donald Tramp ticarət müharibələrinin başlamasına töhfə verib.

Prezidentliyə namizəd bunu Trampla debatlar zamanı deyib.

“Trampın rəhbərliyi Amerika tarixində ən böyük ticarət kəsiri ilə nəticələndi. Ticarət müharibələrinin başlanmasına töhfə verdi. Onun rəhbərliyi dövründə ABŞ Çinə çiplər satmağa başlayıb ki, bu da Çinə ordusunu inkişaf etdirməyə və modernləşdirməyə kömək edib”, - Harris vurğulayıb.