Paytaxtda şəhid ailəsinə qarşı dələduzluq edilib.
Herbiand.az "Xəzər TV"yə istinadən xəbər verir ki, şəhid Rüstəm Rüsəmovun anası Reyhan Rüstəmova deyir ki, tək böyütdüyü iki oğlundan biri şəhid olduğundan, ailənin yükü digər oğlu Rüstəmin üzərində qalıb. Bir neçə il əvvəl iş axtaran Rüstəmi isə aldadaraq adına bir neçə şirkət açıblar.
Şəhid anasının sözlərinə görə, problemlə əlaqədar aidiyyəti orqanlara müraciət edib. Lakin dələduzluq edən şəxsin axtarışları davam edən ərəfədə oğlunu məhkəməyə dəvət ediblər.
Reyhan Rüstəmova bildirdi ki, problemlə əlaqəlar Baş Prokurorluğa müraciət edib.
Hazırda araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: