Advertisment

DİN ötən gün təhvil götürülən silah-sursatın sayını açıqlayıb

Sentyabrın 10-da polis əməkdaşları paytaxtın və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 4 tüfəng, 1 patron darağı və 3 ədəd patron təhvil götürüblər.

Bu barədə Herbiand.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 tüfəng aşkar edilərək götürülüb.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.