Advertisment

İngiltərədə bir həftədə 2000-dən çox məhbus erkən azadlığa buraxılıb

İngiltərədə və Uelsdə son bir həftə ərzində təxminən 2 min 188 məhbus erkən azadlığa buraxılıb.

Herbiand.az xəbər verir ki, cəzasının 40 faizini çəkən bir sıra məhbuslar həbsxanalardakı sıxlığa görə erkən azad edilib. Baş nazir Kir Starmer həbsxanadakı sıxlığın kritik vəziyyətdə olduğunu və buna görə belə bir addımın vacib olduğunu vurğulayıb.

Məhbuslar üçün erkən buraxılış proqramı bu həftənin əvvəlində qüvvəyə minib. Bu proqramın əsası ilkin olaraq əvvəlki Mühafizəkarlar hökuməti tərəfindən işlənib, lakin Leyboristlər tərəfindən həyata keçirilib. Təkcə sentyabrın 10-da 1700-ə yaxın məhbus azad edilib.