Advertisment

Ukraynanın Tverdə vurduğu anbar 10 ay döyüşməyə bəs edərdi - HƏRBİ EKSPERT

Tver vilayətində nəhəng sursat anbarının partlaması Rusiya ordusunun potensialına ağır zərbə olacaq.

Ukraynalı ekspert Aleksandr Kovalenko bildirib ki, bu sursat 10 aylıq aktiv döyüş əməliyyatları üçün kifayət edəcək qədər olub.

Tver vilayətindəki 107-ci GRAU-nun arsenalında 460.000 122 mm-lik MLRS raketi və 10 milyon 82 mm-lik mina da daxil olmaqla 30.000 tona qədər sursat saxlaya bilər. Bu, 10 aylıq aktiv döyüş əməliyyatları və ya bir ildən çox orta intensivlikli döyüş üçün kifayətdir.

Kovalenko bildiri ki, anbarlarda başqa sursat növləri də ola bilərdi. 152 mm, 122 mm-lik top artilleriyası, hətta raketdən müdafiə sistemləri də. Ukrayna hərbçilərinin məlumatına görə, anbarda “İskəndər”, “Toçka-U” raketləri, KAB-lar və artilleriya sursatları saxlanılıb.