Advertisment

Ruslar Zəngəzurda - Dəhlizin keçəcəyi yerdə

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu ölkənin İranla sərhəddə (Zəngəzur) yerləşən Rusiya sərhədçilərinə baş çəkib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya səfirliyi məlumat yayıb.

Səfir bölgədə Rusiya sərhəd dəstəsinin komandiri polkovnik A. Şerbakovla görüşüb.

Şerbakov yerdəki durumla bağlı Kopırkini məlumatlandırıb.

Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya sərhədçiləri mühafizə edir. Rusiyanın İrəvan “Zvartnots” hava limanında yerləşdirilən Rusiya sərhədçiləri ərazidən çıxarılıb.

Kopırkinə gəlincə, o, Zəngəzurdan öncə Dərələyəzədə olub, səfər dünən baş tutub.

Son dövrlərdə Rusiyanın Ermənistandakı səfirliyinin təmsilçiləri bu bölgələrdə tez-tez görünməyə başlayıblar. Erməni mənbələri bu səfərləri açılması müzakirə mövzusu olan Zəngəzur dəhlizi ilə əlaqələndirirlər.