Advertisment

ABŞ tarixində ikinci dəfə azotdan istifadə edilməklə edam olub

Alabama ştatında ölüm hökmünə məhkum olunan şəxs ABŞ tarixində azotla edam edilən ikinci vətəndaş olub.

Herbiand.az bu barədə Associated Press-ə istinadən məlumat yayıb.

Edam edilən şəxs Alan Yucin Millerdir. O, 1999-cu ildə üç nəfəri öldürməkdə təqsirli bilinib. Hakimiyyət nümayəndələri 2022-ci ildə iynə vurmaqla edam hökmü icra etməyə çalışsalar da, həkimlər buna nail ola bilməyiblər. Belə ki, 2022-ci ilin noyabrında ölümcül inyeksiyadan istifadə edilməklə Smit adlı başqa bir məhkumu edam etməyə çalışıblar. Lakin iynə üçün uyğun damar tapmaq mümkün olmayıb. Daha sonra Millerdə də bu problem yaşanıb. Ona görə hər iki məhkum azotdan istifadə olunmaqla edam edilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayının sonunda Alabama ştatı ABŞ-da təmiz azotdan istifadə edərək ilk edamı həyata keçirib. 58 yaşlı Kennet Smit 1988-ci ildə bir qadını sifarişlə qətlə yetirməkdə günahkar bilinib. O, Alabama ştatının Etmor şəhərində edam edilib.

Bəxtiyar CƏFƏRLİ