Çində ən müasir atom qayığı mayın sonu - iyunun əvvəlində batıb.
Herbiand.az xəbər verir ki, bu barədə Reuters sentyabrın 26-da öz mənbələrinə istinadən xəbər yaylb.
Hadisə Uhan şəhəri yaxınlığındakı gəmiqayırma zavodunda baş verib. Çin hakimiyyəti bu faktı gizlətməyə çalışıb.
Gəmi Çin Dövlət Gəmiqayırma Korporasiyası tərəfindən inşa edilib. Sualtı qayıq sonuncu dəfə may ayının sonunda Yantszı çayı üzərindəki estakadada görünüb və dənizə çıxmazdan əvvəl orada təchiz edilib. Planet Laboratoriyalarının peyk şəkilləri göstərir ki, kranlar sualtı qayığı çayın dibindən qaldırmaq üçün iyunun əvvəlində batdığı yerə gəliblər.