Advertisment

“Etiraf etmək lazımdır ki, Azərbaycan artıq 30 il əvvəlki kimi deyil” - Erməni arxiyepiskop

“Bu gün bizim konsolidasiyaya ehtiyacımız var”.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bunu Qərbi Avropanın patriarxal nümayəndəsi, bütün ermənilərin Katolikosunun Vatikandakı nümayəndəsi, arxiyepiskop Hazak Parsamyan bildirib.

Arxiyepiskop deyib ki, biz qurbanın psixi durumundayıq: “Belə vəziyyət insana azadlıq vermir. Bəli, biz çətin vəziyyətdəyik, lakin biz birləşməliyik, hər birimizin iştirak etməli olduğu proqram tərtib etmək lazımdır”.

O, Ermənistanın gələcəyi və perspektivlərindən danışaraq deyib ki, sən güclü olanda səsin eşidilir, güclü olmayanda isə sadəcə yazıq olursan: “Ona görə də, fikrimcə, güclənmək strategiyası yaratmalıyıq. Azərbaycanlılar 25 il ərzində çox yaxşı diplomatlar yetişdiriblər, onların çox aydın strategiyası var və onu həyata keçirirlər. Ona görə də etiraf etmək lazımdır ki, Azərbaycan artıq 30 il əvvəlki kimi deyil. Bizim güclənməyimiz üçün isə birlik formasını tapmalıyıq”.

Bəxtiyar CƏFƏRLİ