NATO-nun yeni Baş katibi Mark Rütte alyansı gələcəyin çağırışlarına hazırlayacağını, maliyyələşdirməni artıracağını və innovasiyaları stimullaşdıracağını elan edib.
Herbiand.az xəbər verir ki, Mark Rütte birinci prioritetin NATO-nu güclü saxlamaq və bütün təhdidlərə qarşı effektiv müdafiəni təmin etmək olduğunu bildirərək deyib: “Bunun üçün bizə daha çox qüvvə, daha yaxşı imkanlar, daha sürətli innovasiya tempi lazımdır. Bu, daha çox investisiya tələb edəcək”.
Baş katibin sözlərinə görə, NATO ölkələri müdafiəyə daha çox pul xərcləməli olacaq, çünki “mövcud çağırışlar və gələcək vəzifələrin” həlli üçün pulsuz alternativ yoxdur.