1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü qeyd olunub.
Herbiand.az xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan tədbirdə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib.
Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər baş tutub. Bundan əlavə, müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları və şəbəkə iclasları keçirilib. Həmçinin, 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümünə həsr olunmuş xüsusi sessiya keçirilib. Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı və milli prokurorluq orqanlarının yaranmasının 106-cı ili qeyd olunur.
"1 oktyabr 1918-ci il tarixli qərarla Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanları bir əsrdən artıq tarixi ərzində çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşmış, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq edib", - deyə bildirib.
Sonda Baş prokuror Kamran Əliyev “1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü” münasibətilə mükafatlandırılmış prokurorluq əməkdaşlarını, eləcə də Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvlərini təltif edib.
APA