Advertisment

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Eternity-2024” komanda-qərargah təlimində iştirak edib

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb.

Dövlət Agentliyindən Herbiand.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas diqqət Azərbaycan, Türkiyə və Gürcüstanın silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsinə yönəldilib. Hər üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetiriblər.

Azərbaycan və Gürcüstandan keçən ixrac boru kəmərlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması ilə bağlı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini, polkovnik İsfəndiyar Mehbalıyev ilə Gürcüstanın Daxili İşlər Nazirliyinin Strateji ixrac boru kəmərlərinin mühafizəsi departamentinin direktoru, polkovnik Zurab Çabaşvili arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı qurumlararası təcrübə mübadiləsi və əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.