Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı imkanını nəzərdən keçirir.
Herbiand.az xəbər verir ki, bu barədə çərşənbə axşamı, oktyabrın 1-də Almaniya hökumətindəki adı açıqlanmayan mənbələrə istinadən "Die Zeit" qəzeti yazıb. Nəşr yazır ki, bu söhbətin noyabrda Braziliyada keçiriləcək G20 sammiti ərəfəsinə planlaşdırılır, lakin Berlin hələlik Moskvaya rəsmi müraciət etməyib.
Söhbət baş tutsa, Şolz Ukraynanı dəstəkləyən ölkələrin liderləri arasında Putinlə birbaşa əlaqəni bərpa edən ilk şəxs olacaq. Almaniya kansleri ilə Rusiya prezidenti arasında sonuncu telefon danışığı 2022-ci ilin dekabrında olub. ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson da sonuncu dəfə 2022-ci ildə Putinlə birbaşa danışıb.