Rusiyanın Azərbaycan ərazisində yeni xarici nümayəndəliklərinin açılması məsələsi üzərində siyasi müstəvidə iş aparılır.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Konsulluq idarəsinin rəhbəri Aleksey Klimov TASS agentliyinə müsahibəsində bildirib.
Azərbaycanda, o cümlədən Qarabağda yeni baş konsulluqların açılması ehtimalı ilə bağlı sualı cavablandıran Klimov qeyd edib ki, hazırda bu məsələ üzərində siyasi müstəvidə iş aparılır: “Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqda, konsulluq idarəsi də bu sənədlərlə bağlı əməli addımlar atacaq”.