Türkiyənin Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) baş direktoru Mehmet Fateh Dəmiroğlu ölkənin ilk 5-ci nəsil döyüş təyyarəsi KAAN-la bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, qurum rəhbəri hazırlanma mərhələsində olan təyyarənin 2028-ci ildə Hərbi Hava Qüvvələrinin sərəncamına veriləcəyini deyib.
“İlk sınaq uçuşlarımızı həyata keçirmişik, bu il daha bir uçuş olacaq. Amma əsas sınaq uçuşları gələn ildən başlayacaq. Hər şey yaxşı gedir. İnşallah, gələn ilin sonunda, 2025-ci ildə uçuşa başlayacaqlar. İki KAAN-ımız havada olacaq. 2028-ci ildə Hərbi Hava Qüvvələrinə təhvil veriləcək. Bütün sifarişlərimizi vermişik. Bu istiqamətdə hazırlıqlarımız davam edir”, - Dəmiroğlu vurğulayıb.