Advertisment

Qida Təhlükəsizliyi İnstitutu ilə Qarabağ Universiteti arasında birgə əməkdaşlıq imkanları nəzərdən keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Herbiand.az-a verilən məlumata görə, AQTA sədrinə ali təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Universitetin rektoru Şahin Bayramov Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində müasir tədris infrastrukturunun yaradıldığını bildirib. Eyni zamanda, söhbət zamanı birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Qarabağ Universiteti arasında birgə əməkdaşlıq imkanları da nəzərdən keçirilib.

Daha sonra Q.Təhməzli universitetin tədris otaqlarına, o cümlədən laboratoriyalara, eləcə də kitabxanaya və qida blokuna baxış keçirib, tələbələrlə görüşüb.