“Kalaşnikov” konserni 2025-ci ildə eksperimental döyüş əməliyyatlarının nəticələrinə əsasən təkmilləşdirilmiş 5,45 mm-lik AM-17 kiçik ölçülü avtomatın seriyalı istehsalının inkişafına başlamağı planlaşdırır.
Herbiand.az bildirir ki, bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, AM-17 müasir avtomat atıcı silahlara olan tələblər nəzərə alınmaqla konsernin dizayn və texnologiya mərkəzində hazırlanıb. Bu silah 1979-cu ildə xidmətə qəbul edilmiş AKS-74U avtomatını əvəz etməlidir.
Kiçik ölçülü AM-17, həmçinin onun inteqrasiya edilmiş səsboğuculu səssiz modifikasiyası AMB-17 avtomatı ilk dəfə “Ordu-2017” hərbi-texniki forumunda nümayiş etdirilib.
Silahın uzunluğu - 740 mm, istifadə olunan patron - 5,45×39 mm, maqazin tutumu 30 güllə, çəkisi - 2,5 kq-dır.
AMB-17-nin səsboğuculu versiyası isə xüsusi təyinatlıların əsgərləri üçün nəzərdə tutulub.
Bəxtiyar CƏFƏRLİ