Advertisment

Jurnalistlər Əhməd Əhmədovun məhkəməsinə buraxılmayıb

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Herbiand.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesə media nümayəndələri buraxılmayıb.

Əhməd Əhnədovun vəkili Sənan Hüseynov bildirib ki, prosesdə Əhmədin ifadəsi elan olunub.

Bununla yanaşı, hüquqi varislər sərbəst ifadə verib.

Vəkil deyib ki, zərərçəkmiş tərəfin təhlükəsizliyi ilə bağlı prosesə media nümayəndələrinin buraxılmaması barədə qərar qəbul edilib.

Məhkəmə prosesi oktyabrın 10-da davam etdiriləcək.

APA