Advertisment

Ağdam gəncləri ilə görüş keçrildi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Ümumilli lider Heydər Əliyevin vətənpərvərlik məktəbinin yetiştirdiyi gənclik” layihəsi çərçivəsində 24 oktyabr 2024-cü ildə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Mədəniyyət evində gənclərlə maarifləndirici görüş keçrildi.

Tədbiri giriş sözü ilə açan Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Anar Əsgərov iştirakçıları salamladıqdan sonra  Ümumilli lider Heydər Əliyev dühasından geniş bəhs edərək onun  Azərbaycan gənclərinə hər zaman xüsusi önəm verdiyini bildirdi. Hələ Azərbaycan torpaqları mənfur düşmənin taptaqları altında olanda Ümumilli lider Azərbaycan gənclərini bir araya gətirərək 1997-ci ildə onların 1-ci forumunu keçiridi və Azərbaycan xalqının bu işğalla barışmayacağını həm də Azərbaycan gənclərinin dili ilə dünyaya mesaj verdi.  Gənclərin vətənpərvərlik ideyası ətrafında birləşmələri üçün onlara geniş imkanlar yaradıldı. Özlərini təstiq etmələri üçün  ölkə miqyasında gənclərin bütün sahələr üzrə irəli çəkilməsinə xüsusi diqqət ayrıldı və bunun nəticəsində ikinci Qarabağ müharibəsində Azərbaycan gəncliyi öz sözünü dedi.

Sonra söz Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və “Ümumilli lider Heydər Əliyevin vətənpərvərlik məktəbinin yetiştirdiyi gənclik” layihəsinin rəhbəri Emin Həsənliyə verdi. Emin Həsənli gənclərimizin milli və vətənpərvər ruhda yetişməsi istiqamətində təməli ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni mərhələyə qaldırılaraq uğurla həyata keçirilən mütərəqqi gənclər siyasəti haqqında ətraflı danışaraq bildirdi ki, ikinci Qarabağ müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq Ümumilli lider Heydər Əliyevin vətənpərvərlik məktəbinin yetiştirdiyi gənclikliyin millətimiz və dövlətimiz qarşısında müqəddəs borclarının layiqincə yerinə yetrilmələrinin sübutu idi. Sonra mövzu haqqında danışmaq üçün söz layihənin eksperti, Qarabağ qazisi Taleh Əliyevə verildi.  Ekspert Taleh Əliyevdə öz növbəsində bildirdi ki, hələ Sovet İttifaqı vaxtı Azərbaycanl gənclərin SSRİ-nin qabaqçıl ali məktəblərinə göndərməsi, Bakıda Cəmşid Naxçıvanski adına hərbi litseyi açması və onun ardınca Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini açmaqla gənclərimizin həm hərbi həmdə digər sahələrdə dərin biliklərə yiyələnməsinə şərait yaradırdı. Bu siyasət müstəqil Azərbaycanda da uğurla davam etdirildi. Azərbaycan gəncləri bu dəfə dünyanın ən qabaqcıl ali məktəblərinə dövlət vəsaiti hesabına oxumağa göndərildi. Sonda Tərtər gəncləri  çıxış edərək öz təsüratlarını bölüşdülər.