Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Fəqan Abdurəhmanov BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Şurasının 28-ci Toplantısında iştirak edib.
Agentlikdən Herbiand.az-a bildirilib ki, tədbirdə ölkəmizin bərpaolunan enerji mənbələri üzrə hədəfləri və həyata keçirilən layihələri, o cümlədən dənizdə külək və yaşıl enerji zonalarının inkişafı barədə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan IRENA Şurasının üzvüdür.